Cizrədə partlayış: 11 şəhid, 78 yaralı

Cizrədə partlayış: 11 şəhid, 78 yaralı

Türkiyənin Şırnak bölgəsinin Cizrə qəsəbəsində Təhlükəsizlik Xidmətinin binasına terroristlər tərəfindən bombalı hücum olub. SİA-nın İhlas Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, partlayış zamanı çoxlu 11 nəfər ölüb, 78 nəfər yaralanıb.

Terrorçuların xain hücumu zamanı 7 aylıq bir körpə də yaralanıb və Cizrə Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır. Hücumda yaralanan polis məmurlarından bəziləri vertolyotlarla yaxın qəsəbələrdəki xəstəxanalara çatdırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə