Yeni şəhərcik salınacaq FOTO

Gürgən qəsəbəsi ərazində ayrılmış 750 ha ərazidə yeni şəhərciyin salınması istiqamətində layihələndirmə işləri həyata keçirilir. SİA-nın məlumatına görə, layihə əsasında 35 ədəd 20 mərtəbəli, 49 ədəd 15 mərtəbəli, 338 ədəd 10-12 mərtəbəli, 100 ədəd 7 mərtəbəli, 85 ədəd 5 mərtəbəli, 56 ədəd 4 mərtəbəli, 44 ədəd 2 mərtəbəli olmaqla cəmi 707 ədəd yaşayış binasının tikintisi planlaşdırılır.

Yeni salınacaq şəhərcikdə 120000 sakinin məskunlaşması mümkün olacaq. Ərazidə həmçinin sənaye zonası, məktəblər, ofis binaları, Universitet kompleksi, bağçalar, istirahət obyektlərinin tikintisi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə