Lənkəranda “Dövlət-din münasibətləri”

Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirildi
Lənkəranda “Dövlət-din münasibətləri”

Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində "Dövlət-din münasibətləri" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin xətti ilə keçirilən elmi-praktik konfransda İcra aparatının rəsmiləri, idarə və təşkilatların rəhbərləri, təhsil, mədəni-maarif müəssisələrinin işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Elmi-praktik konfransı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində Azərbaycanın sürətlə inkişaf edərək dünyanın ən tolerant, sivil dövlətlərindən birinə çevrildiyini qeyd edib. Ölkədə dinamik sosial-iqtisadi inkişafla yanaşı qanunçuluğun, insan hüquq və azadlıqlarının da qorunub təmin olunmasının həyat normasına çevrildiyini, azad insan cəmiyyətinin bütün atributlarının bərqərar olduğunu diqqətə çatdırıb. Natiq eyni zamanda multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin olunmasının bugünkü möhkəm siyasi-sabitliyin, vətəndaş həmrəyliyinin qarantı olduğunu, bütün bunların Ulu Öndər Heydər Əliyevin müdrik düşüncəsinin, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin misilsiz bəhrəsi olduğunu xüsusi vurğulayıb.

Elmi-praktik konfransda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qurulması ilə bağlı məruzələr və çıxışlar dinlənilib, verilən təkliflərlə bağlı müvafiq tövsiyyə və tapşırıqlar verilib.

S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə