Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib.
Yeni Azərbaycan Partiyasının bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olub.
Cari ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən "Palıdlı sahil" istirahət mərkəzində təşkil edilib. Yay mövsümü ərzində Silahlı Qüvvələrin bir qrup əsgər və zabiti ailə üzvləri ilə birlikdə bu imkanlardan bəhrələnib. 50 nəfərdən ibarət növbəti qrupun yay istirahətinin təşkili isə avqustun 25 –dən başlayıb.
Yeni Azərbaycan Partiyasının bu vətənpərvər addımı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə möhkəm inamın və dəstəyin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB