Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, avqustun 30-dan avqustun 29-na keçirilib. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Daşkəsən rayonunda bu rayonun, eləcə də Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB