Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Qazax şəhər Ədəbiyyat Muzeyində (ünvan: Heydər Əliyev prospekti 98A) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB