Yayın ən öyrədici layihəsi "ASAN Akademiya"nın açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılış mərasimində "ASAN Könüllüləri" Təşkilatının sədr müavini Rəbiyyə Cəfərova çıxış edərək layihə haqqında geniş məlumat verib. O bildirib ki, layihənin keçirilməsində əsas məqsəd, gənclərin fərdi inkişafına təkan vermək, gələcək karyeraları üçün faydalı addım atmalarına şərait yaratmaqdır.
Daha sonra layihə təlimçiləri çıxış edərək layihədə iştirak hüququ qazanmş gəncləri təbrik edib, layihənin keçiriləcəyi müddət ərzində faydalı mövzularla zəngin müxtəlif təlimlərdə görüşəcəklərini bildiriblər.
Qeyd edək ki, 2 ay davam edəcək "ASAN Akademiya" layihəsi çərçivəsində iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında müxtəlif təlimlər və praktiki məşğələlər keçiriləcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB