Sabiq MTN-çi generalın işinə Hərbi Məhkəmədə baxılacaq
Qalx, məhkəmə gəlir! ÇOVDAROV

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) enerji və nəqliyyat təhlükəsizliyi baş idarəsinin sabiq rəisi Akif Çovdarovun məhkəməsi ayrıca icraata götürülüb. SİA xəbər verir ki, bu barədə onun vəkili Sadiq Rəsulov mediaya açıqlamasında deyib.

Vəkil digər sabiq MTN-çilərin işlərinin də ayrıca icraata götürüləcəyi fikrində olduğunu deyərək bildirib ki, general və polkovniklərin cinayət işləri ayrı-ayrılıqda məhkəməyə çıxarılacaq. Çovdarovun işinə isə Hərbi Məhkəmədə baxılacaq.

Xatırladaq ki, ləğv olunmuş MTN-nin energi və nəqliyyat təhlükəsizliyi baş idarəsinin sabiq rəisi Akif Çovdarov çoxsaylı ağır cinayətlərdə ittiham olunur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə