Fətullah Gülənin ekstradisiyası müzakirə olunub

ABŞ nümayəndə heyəti Ankaradadır
Fətullah Gülənin ekstradisiyası müzakirə olunub

Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün Türkiyəyə gələn ABŞ nümayəndə heyəti ilə Ankarada danışıqlar başlayıb. Anadolu informasiya agentliyi xəbər verir ki, nümayəndə heyətinin tərkibinə ABŞ Ədliyyə Nazirliyinin 3 əməkdaşı və Dövlət Departamentinin nümayəndəsi daxildir. Onlar Türkiyənin Ədliyyə Nazirliyinin beynəlxalq hüquq və xarici əlaqələr baş idarəsinin əməkdaşları ilə danışıqlar aparırlar.

Müzakirələrin iki gün sürəcəyi gözlənilir. Bu müddət ərzində Amerika tərəfinə Fətullah Gülənin Türkiyədə baş verən çevriliş cəhdində əli olmasına dair faktlar təqdim ediləcək.

Xatırladaq ki, Türkiyə hökuməti ABŞ-da yaşayan Fətullah Güləni iyulun 16-na keçən gecə ölkədə dövlət çevrilişinə cəhdin təşkilində təqsirləndirir və onun ekstradisiyasında israr edir.

Bütün xəbərlər Facebook səhifəmizdə