Bu gün AFR kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Rentsi və Fransa Prezidenti Fransua Olland görüşəcəklər ki, "Brexit"in necə keçiriləcəyinin mümkün yollarını müzakirə etsinlər. Sentyabrın 15-də isə Bratislavada Aİ sammiti keçiriləcək. Slovakiyanın sədrliyi ilə Avropa İttifaqının bütün üzv ölkələri – Böyük Britaniya istisna olmaqla - bu diskussiyada iştirak edəcək.
Britaniya mətbuatının məlumatına görə, ölkənin yeni Baş naziri Tereza Mey Böyük Britaniyanın Aİ-dən çıxması barədə rəsmi ərizə verməzdən əvvəl düz 2017-ci ilin oktyabr ayınadək gözləyə bilər. Bundan sonra prosesin konkret təfərrüatı və şərtləri barədə danışıqlar ən çoxu iki il – 2019-cu ilin sonunadək davam edə bilər. "Brexit"in əslində nə vaxt olacağı və keçid dövrü üçün hansı müddətin qoyulacağı məsələləri hazırda qətiyyən aydın deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB