Sabah qazlar kəsiləcək

Avqustun 23-də saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "RVO" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, təmir müddətində Lənkəran rayonun RVO, Narbağı və Qrumba, eləcə də Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə