FETÖ-nun müsadirə edilmiş mülkləri

FETÖ-nun müsadirə edilmiş mülkləri

Türkiyədə FETÖ adı verilmiş qanunsuz qruplaşmaların maliyyə qaynaqlarının zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Türkiyə mətbuatının yazdığına görə, FETÖ-ya məxsus olduğu bildirilən 62 min 317 mülk müsadirə edilib. Onlardan 4 min 548-i dövlət hesabına keçirilib.

Təşkilat bu mülkləri başqalarına satmağa çalışıb. Lakin onların istəyi baş tutmayıb. Belə ki, Ətraf və Şəhərsalma Nazirliyi bir gecədə bütün malların satışına qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə