Göyçay rayonun Yalman və Mırtı kəndlərinə təbii qazın verilişi bərpa olunub. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 638 abonenti olan Yalman və Mırtı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Tədbirdə vurğulanıb ki, hazırda rayonunun Çaxırlı, Ləkçılpak, Şəkər, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərində qazlaşdırma işləri aparılır. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB