İmişlidə zəlzələ olub

Avqustun 19-da İmişlidə 3,0 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən ilkin məlumata görə, zəlzələ yerli vaxtla saat 18:11-də Beyləqandan 33 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 27 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə