Prezident yeni sərəncam imzaladı

Prezident yeni sərəncam imzaladı

Prezident İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək də tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə