Əngəlli gənclər və uşaqlar üçün yeni layihəyə “İrəliyə doğru addım”
Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərlə bağlı yeni layihəyə başlayıb. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan "İrəliyə doğru bir addım" adlı layihədə fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların kompüter bacarıqlarının inkişafı (bəzi şəxslərə evlərdə) nəzərdə tutulub.
Təşkilatçılar bildiriblər ki, layihənin məqsədi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Həmçinin qeyd olunub ki, layihənin digər məqsədi onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir.
İştirakçılara kompüterdən istifadə bacarıqları ilə yanaşı, psixoloji xidmətlər də göstəriləcək. Layihə avqustun 1-dən noyabrın 1-ə qədər davam edəcək.
Layihə çərçivəsində əlil uşaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili və ətrafdakı insanlarla ünsiyyətin qurulmasında ruh yüksəkliyinin artırılması üçün Nabrana (26-29 avqust tarixlərində-red) 3 günlük tur təşkil ediləcək. Tur çərçivəsində intellektual yarışmalar, motivasiya xarakterli əyləncəli oyunlar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB