Nikita Mixalkov: "Azərbaycan Prezidenti müdrik insandır"

“İlham Əliyevin müdrik siyasəti regional problemlərin həllinə kömək edəcək”
Nikita Mixalkov: "Azərbaycan Prezidenti müdrik insandır"

"Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq strateji xarakter daşıyır". SİA-nın məlumatına görə, bunu "Moskva-Bakı" portalına müsahibəsində tanınmış rusiyalı kino xadimi, "Oskar" mükafatçısı, Azərbaycanın "Dostluq" ordeni mükafatçısı Nikita Mixalkov deyib.

O bildirib ki, Azərbaycan coğrafi baxımdan olmasa da, siyasi baxımdan Rusiya və güclü Türkiyə arasında bufer rolunu oynayır: "İndi bölgədəki çətin situasiyada Azərbaycan rəhbərliyi üçün də asan deyil. Hesab edirəm ki, ölkənin tarixi, adət-ənənələri, təcrübəsi, mədəniyyəti problemlərin həlli üçün çox böyük kömək ola bilər. Mənim yaxın dostum, Azərbaycan Prezidenti İlham Əliyev üçün bu qaynar regionda balans yaratmağın nə qədər çətin olduğunu anlayıram. Lakin o, atası kimi müdrik insandır. Əminəm ki, İlham Əliyevin təcrübəsi, müdrik və uzaqgörən siyasəti bu regionda problemlərin həllinə, heç kimin bir-birilə düşmən olmamasına kömək edəcək". N.Mixalkov "Dostluq" ordeni almasından da danışıb: "Bu, çox yüksək bir mükafatdır. Mən Azərbaycan rəhbərlıiyinə təşəkkürümü bildirirəm. Bu, doğurdan da çox gözəl bir ordendir və doğum günümdə onu almaq mənim üçün böyük şərəf oldu. Ümid edirəm ki, növbəti dəfə Azərbaycana dəvət olunacam və Bakıya həmin ordenlə gələcəm. Düşünürəm ki, bu orden daha çox diqqəti cəlb edəcək, nəinki mən".

Bütün xəbərlər Facebook səhifəmizdə