Bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB