"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir. SİA-nın məlumatına görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:
• Yaş: 22 – 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili – əla
o Rus dili - yaxşı
o Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 25.08.2016-cı il.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB