Rövşən Lənkəranski son mənzilə yola salınıb

Rövşən Lənkəranski son mənzilə yola salınıb

Rövşən Lənkəranskinin cənazə namazının qılınması üçün hazırlıqlar başlanıb. Hüzr mərasiminə yaxınları, dostları, rayon sakinləri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar.

Səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar. Rövşən Lənkəranskinin cənazəsinin olduğu məscidin qarşısında çadırlar qurulub.

Mərhumun dəfn mərasimi saat 10-da cənazə namazından sonra başlayıb.

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən Rövşən Canıyev (Lənkəranski) Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığında, atası Rafiq Canıyevin yanında dəfn olunub.

Qeyd edək ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə