2485 nəfər peşə sahibi olacaq FOTOLAR

2485 nəfər peşə sahibi olacaq FOTOLAR

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənişsiz və işaxtaran vətəndaşlar, həmçinin əlilliyi olan şəxslər üçünpeşə hazırlığı və əlavə təhsil kurslarının təşkil olunması işləri davam etdirilir. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2291 nəfər vətəndaş, o cümlədən 93 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinəpeşə hazırlığına qəbul edilən gənclərin sayı isə 194 nəfər təşkil edib. Beləliklə də, ümumilikdə2485 nəfər şəxs qeyd edilən kurslara cəlb edilib ki, onlardan 287 nəfəri və ya 11,5 faizi əlilliyi olan insanlardan ibarət olub.Dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı və s. peşələr üzrətəşkil olunan kursları bitirənlərə sertifikatlar verilib.

Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların, idarə və müəssisələrin nümayəndələrinin, yuxarı sinif şagirdlərinin, habelə onların valideynlərinin iştirakı iləpeşəyönümü tədbirləri də davam etdirilib. Qeyd olunan dövrdə əksərən yuxarı sinif şagirdlərindən ibarət 63203 nəfər gəncəpeşəyönümüməsləhətləri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə