Prezident Şəkidə körpünün bərpasına 4 milyon manat ayırıb

Prezident Şəkidə körpünün bərpasına 4 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası Prezidentin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə