Zaman keçdikcə, Türkiyədə çevrilişə cəhdin üstündən "qara buludlar" cəkildikcə Fətullah Gülən tərəfdarlarının təkcə Türkiyədə deyil, başqa ölkələrdə də daxili siyasəti necə yönləndirmək planı qurduqları üzə çıxır. Həm də məlum olub ki, FETÖ üzvləri yayıldıqları ölkələrdə hər zaman müxalfəti öz təsir dairələrinə salmağa maraqlı olublar.
Müstəqil araşdırmaçılar qeyd edirlər ki, Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. Onlar bunun üçün təkcə maddi vəsaitlə yox, həm də insan resursuilə AXCP sədrini "qidalandırıblar". İndi bəlli olur ki, ölkənin böyük əksəriyyətinin radikal müxalifətə nifrət etdiyi bir vaxtda niyə Əli Kərimlinin ətrafı yeni növ "homo-sapiens"lərlə sarılıb. Deməli Gülən hərəkatının "Hizmət" qrupları heç kimin hiss etmədiyi şəkildə içərilərimizə sızıb Əli Kərimli kimi Vətəninə xain çıxmış birisinin işinə yaramağa çalışıblar.
İndi məlum olur ki, FETÖ Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün hələ 20 il bundan qabaq kadrlar yetişdirib, planlar hazırlayıb. Hətta 2005-ci ildə Azərbaycanda hazırlanan çevriliş cəhdinin müəlliflərindən biri FETÖ olub. Fətullahçılar bu məqsədlə də Rəsul Quliyev-Əli Kərimli-Fərhad Əliyev qruplaşmasına dəstək verib, "narıncı inqilab"ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynayıb.
Azərbaycan hökuməti hələ 2005-ci ildə Gülən məktəblərinin bağlanmasına təşəbbüs göstərib, lakin Türkiyənin o zamankı siyasi rəhbərliyindəki müəyyən şəxslər bu təşəbbüsə qarşı çıxıblar. Həm 2005, həm də 2014-cü ildə FETÖ-yə aid məktəblərin bağlanması məsələsinə Əli Kərimli və tərəfdarları ciddi etiraz edib.
Bəzi mənbələrdə Fətullah Gülənin erməni kökənli olması iddia edilir. Amma bəziləri buna qarşı çıxır, Gülənə "erməni" damğası vurmağınızın səbəbini başqa yerdə axtarır. Əsla belə deyil, faktlara müraciət edək. Fətullahçılar 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına niyə can atırdılar? Bunun acığını Azərbaycandan çıxmaq üçün Fətullah Gülən hansı addımlar atdı? Cavab çox da uzaqda deyil. FETÖ-çülər Azərbaycan ictimai rəyini gələcəkdə buna hazırlamaq üçün Ə.Kərimlidən maddi-mənəvi yardımını əsirgəmədilər. AXCP-nin indi özünün müdafiə etmək üçün MHP-nin adını hallandırması da blefdən başqa bir şey deyil. Çünki Türkiyənin həqiqi MHP-çi - ülküçü qrupları Ə.Kərimli və partiyasını Əbülfəz Elçibəyə xəyanət etmiş şəxs kimi tanıyır.
"Ərgənəkon" əməliyyatı zamanı isə AXCP-nin nəzarətindəki ənənəvi və yeni media vasitələrində Gülənə dəstək verilməsi, Azərbaycan iqtidarının ayrı-ayrı aparıcı simalarını ərgənəkonçu kimi təqdim edilməsi də MHP-çilər tərəfindən unudulmayıb. 2005-ci ildə Ə.Kərimli və digər əqidədaşlarının Qərb bayraqları ilə "narıncı inqilab" cəhdi də Türkiyənin vətənpərvər dairələrində xoş xatırlanmır.
Əli Kərimlinin və Qənimət Zahidin tribunası olan Türkiyənin "Can Ərzincan" kanalı FETÖ-nün təbliğatı ilə məşğul olduğu üçün müvafiq instansiyalar tərəfindən qapadılıb.
AXCP-nin 1 il əvvəl Nardaranda mənzillənmiş bir qrup radikal dindarı dəstəkləməsi onun FETÖ tərəfdarı olmasına maneə deyil. Çünki hər iki halda söhbət dini-radikal sosial baza ilə işləməkdən gedir və bu, Qərbin müəyyən çevrələrinin maraqlarına xidmət edir. Belə klerikal dairələrlə əməkdaşlıq AXCP sədrinə tapşırılmış missiyadır.
Ə.Kərimlinin dəstəsi hər kəslə pulun verən "musiqisini də sifariş edər" prinsipi işləməyə meyillidir.
Qərb-İran münasibətlərinin normallaşması Fətullah Gülənin manevr imkanlarını daha da genişləndirib. Nardaran hadisələri Türkiyədəki çevriliş cəhdinin sınaq-məşqi idi. Ə.Kərimlinin Nardaran hadisələrindəki rolu dərindən araşdırılmalıdır.
Türkiyədə baş verən çevriliş cəhdinin ardınca Ə.Kərimlinin çevrilişi pisləməsi özünü sığortalamaq xarekteri daşıyırdı. Bu kimi taktikalardan- özünü qorumaq üçün "təqiyyə"dən istifadə olunması F.Gülənin tövsiyələri arasında yer alır.
Bir cözlə Gülən Kərimli kimi insanların iyrənc hakimiyyət ehtiraslarından məharətlə istifadə etməyi bacarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB