"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi" Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbir və aksiyalara ictimai dəstək" layihəsi davam edir.
Təşkilatın sədri Rövşən Ağamalıyevin verdiyi məlumata görə, müstəqilliyimizin 25 illiyi ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bu yöndə istər hökumət qurumlarının, istərsə də vətəndaş cəmiyyətlərinin bir sıra təşəbbüsləri var. Ümumən bu kimi tədbirlər dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir: "1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bu gün bu müstəqillik Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xairici siyasəti ilə uğurla davam etdirilir. Ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir, bununla yanaşı əldə olunan iqtisadi uğurlar Azərbaycanın dünya ölkələri sırasındakı reytini daha da yüksəklərə qaldırıb. İstər SSRİ-nin istərsə də mənfur qonşularımız olan Ermənistanın müstəqilliyimizi gözü götürməməsi minlərlə igid övladımızın şəhid olması ilə nəticələnib. Bu gün o şəhidlərin qanı Azərbaycanın bayrağında olan al qırmızı rənglə ölçülür. Eyni zamanda onu da qeyd edək ki, ölkədə azad fikrin formalaşması, ictimai fəaliyyətin stimullaşdırılması istiqamətində atılan addmlar, qəbul olunan qərarlar QHT sektorunun daha da inkişafını şərtləndirir. Yüksək potensala malik olan QHT sektoru ölkədə keçirilən mühüm tədbirlərdə iştirak edir. Müəyyən təbliğat işlərini həyata keçirir. Məhz bu baxımdan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində QHT-lərin rolunun artırılmasına, QHT-lərin bu işlərdə daha aktiv olmasına ciddi zərurət var". R.Ağamalıyev çıxışında start götürən layihədən danışıb. Bildirib ki, layihənın məqsədi Bakı şəhərində Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi ilə bağlı keçirilən tədbirlərə dəstək vermək, bu istiqamətdə QHT-lərin rolunu artırmaq və vətəndaşlar arasında ciddi təbliğat işi aparmaqdan ibarətdir. Onun sözlərinə görə, 4 ay həyata keçiriləcək layihə çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi ilə bağlı videoçarx (sənədli film) hazırlanacaq, hazırlanan videoçarxın (sənədli filmin) bir sıra internet TV-lərdə yayımı mütəmadi təşkil olunacaq. Eyni zamanda, xüsusi geyimli gənclər tərəfindən Bakı şəhərində döş nişanları pulsuz olaraq paylanılacaq. Bütün bunlarla yanaşı layihə çərçivəsində özündə dövlət müstəqilliyini ehtiva edən bukletlər çap olunaraq yayımlanacaq.
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



