Hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub FOTOLAR

Hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub FOTOLAR

Respublikanın avtomobil yollarında hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində "Azəravtoyol" ASC-nin tərəfindən kompleks tədbirlər davam etdirilir. "Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, bu çərçivədə Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər "Azəravtoyol" ASC-nin mütəxəssisləri tərəfindən aşkar edilib və bu maneələr aradan qaldırılıb.

Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17.6 min m2 piyada səkisi tikilib. Səkilərin kənarlarına 10.9 min p/m səki daşları quraşdırılıb.

Avtobusların ümumi hərəkətə mane olmadan dayanaraq sərnişinləri mindirib-düşürməsi üçün xüsusi "cib"li dayanacaqlar tikilib. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədi ilə isə yolboyu lazım olan hissələrdə 490 p/m yağış-kanalizasiya xətti tikilib.

Bundan başqa hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 000 metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri də quraşdırılıb.

Bununla da M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə