Zərərçəkənlər kompensasiya tələb edir

Zərərçəkənlər kompensasiya tələb edir

Zərərçəkənlər kompensasiya tələb edir

Bu gün Bakı ağır cinayətlərə dair məhkəmədə ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmətrəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmə iclası keçirilib. SİA xəbər verir ki, məhkəmə iclasında zərərçəkmiş vətəndaşların çıxışları dinlənilib.

Zərərçəkmiş bina sakinləri Firavan Məlikov, Fərrux Səmədov, Salman Məmmədov, Pərvanə Məmmədova, Əzizulla Kərimov, Hümbətəli Bayramov, Habil İsmayılov, Tünzalə Hacıyeva, Rauf İsmayılov, Qurban Balaye, Azadə Mustafayeva yanğının anidən baş verdiyini deyərək, bildiriblər ki, buna səbəb binanın üzlüyünə vurulmuş tezlışan konstruksiyalardır. Belə ki, yanğın zamanı güclü küləyin əsməsi də yanğının tez alovlamasıa səbəb olub. Çıxış edən zərərçəkmişlər ayrı-ayrılıqda bildiriblər ki, hadisə baş verən an onların mənzilləri yanmaqla yanaşı, mənzillərində olan məişət və s. əşyaları da istifadəolunmaz hala düşüb və onlara xeyli maddi ziyan dəyib. Buna görə də məhkəmədən kompesasiyaların ödənilməsini tələb edirlər.

Hakim Eldar İsmayılov zərərçəkmişlərin ifadələrini dinlədikdən sonra növbəti məhkəmə iclasının vaxtını müəyyən edib. Növbəti iclas avqustun 23-ü, səhər saat 10:30-a müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə