Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda olub.
Fonddan bildiriblər ki, görüşdə Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər və maliyyələşdirdiyi layihələr barədə qonaqlara məlumat verib. Nümayəndə heyətinin üzvləri Fondun gənclərə göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər. Söhbət zamanı Gənclər Fondu ilə Koreya Respublikasının müvafiq qurumları və gənclər təşkilatları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Səfər Azərbaycan-Koreya Respublikası gənclərinin mübadilə proqramı çərçivəsində təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB