90 yaşı tamam olan Kuba inqilabının lideri Fidel Kastro Havanada təşkil olunan ad günü şənliklərinə qatılıb. SİA-nın məlumatına görə, onu qardaşı Raul və Venesuelanın prezidenti Nikolas Maduro müşayiət ediblər.
Karl Marks adına teatrın zalında keçirilən tədbirdə 5 min adam iştirak edib. Konsert dövlət televiziyası ilə birbaşa yayımlanıb.
Fidel Kastro ənənəvi idman kostyumunda zala axşamüstü saat 6-da daxil olub, kütlə onu "Fidel – xoşbəxtlik atası" sədaları ilə qarşılayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB