Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.
Rayonlarda avqustun 14-ü axşam və 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir, dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB