Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Multikulturalizmin Azərbaycan modeli" layihəsinə start verilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nicat Nağıyev gənclərimizə multikulturalizm faktorunun nə qədər önəmli olduğunu və bu siyasi xəttin ölkəni nəqədər bəlalardan, problemlərdən qarşılaşmağımızın qarşısını aldığını bariz nümunələrlə izah edərək, cənab Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünə dəstək omağı qeyd edib.
Layihə çərçivəsində Azərbaycanın Multikulturalizm siyasətinin nailiyyətləri, paylama materialları əsasında minlərlə gənc "Multikulturalizmin Azərbaycan modeli" ilə bağlı məlumatlandırılacaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanacaq, maarifləndirici bukletlər nəşr ediləcəyini, bunları əyani olaraq əks etdirən "Multikulturalizmin Azərbaycan modeli" adlı videoçarxın olacağını qeyd edib.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı, YAP Gənclər Birliyinin şura üzvü Sərraf Hüseynov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etdiyini qeyd edib: "2016-cı ilin "Multikulturalizm ili" kimi elan olunması bu layihənin önəmini daha da önə çıxarıb. Sərəncamda qeyd olunur ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb".
Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən seminarlarda 50 nəfərdən çox tələbə və media nümayəndəsi iştirak edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB