Rauf Əliyev: "İnanıram ki, olimpiyaçılarımız bizi dəfələrlə sevindirəcəklər"

Rauf Əliyev: "İnanıram ki, olimpiyaçılarımız bizi dəfələrlə sevindirəcəklər"

Azərbaycan Milli Olimpiya komitəsi İcrayyə komitəsinin üzvü, milllət vəkili Rauf Əliyev Rio-De-Joneyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında İştirak edən Azərbaycan nümayəndə heyyətinin rəhbəri İlham Mədətova məktub ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, məktubda deyilir: "İdmançılarımızın yarışlara uğurla başlaması bizi cox sevindirir. Cüdo yığma komandasının üzvləri Rüstəm Orucovun və Elmar Qasımovun gümüş medallar qazanması bütün Azərbaycan xalqını sevindirdi. Hər iki idmançını ürəkdən təbrik edirəm və onlara gələcəkdə də ancaq qələbələr arzu edirəm. İnanıram ki, Azərbaycan olimpiyaçıları qalan günlərdə də bizi dəfələrlə sevindirəcəklər. İdmançılarımıza böyük qələbələr arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə