"Nurlu Sabah Gənclərə Qayğı" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Region gəncləri inkişaf uğrunda" layihəsi çərçivəsində növbəti təlim Gəncə şəhərində keçirilib. SİA-nın məlumatına görə, "Nurlu Sabah Gənclərə Qayğı" ictimai birliyinin sədri Nicat Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Nicat Xəlilov layihə çərçivəsində region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması, biznes planın hazırlanması, bazar araşdırması, biznes ideyanın seçilməsi və sahibkarlığın hüquqi aspektləri mövzularını əhatə edən mühazirələr və praktik təlimlərin keçirildiyini nəzərə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar expretlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədinə nail olmaq üçün gənclərin sahibkarlıq bacarıqları üzrə potensialının gücləndirilməsi məqsədilə gənclər üçün Gəncə və İsmayıllı şəhərlərində 6 günlük təlimin keçirilməsi planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB