5-8 avqust 2016-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüsseldə keçirilən Avropa Gənclər Paytaxtlarının koordinatorlarından ibarət fokus qrupun görüşündə iştirak edib. SİA-nın məlumatına görə, görüşün məqsədi "Avropa Gənclər Paytaxtı 2019" titulunu əldə etmək üçün müraciət etmiş şəhərlərin ərizələrinin nəzərdən keçirilməsi və rəylərin verilməsi olub.
Avropa Gənclər Forumu tərəfindən keçirilən görüşlər Avropa Gənclər Paytaxtının seçim prosesi çərçivəsində təşkil olunur. Görüş zamanı indiyə kimi seçilmiş Avropa Gənclər Paytaxtlarından nümayəndə heyətləri iştirak edib. Qrup tərəfindən "Avropa Gənclər Paytaxtı 2019" titulunu əldə etmək üçün müraciət edən 12 şəhərdən 5 namizəd şəhərin, Fransanın Amiens, Şimali Kiprin Deri və Strabana, Böyük Britaniyanın Mançester, Serbiyanın Novi Sad, İtaliyanın Perugiya kimi şəhərlərin ərizələrinə baxılıb və rəylər bildirilib.
Qeyd edək ki, "Avropa Gənclər Paytaxtı 2019" seçilmiş şəhərin adı oktyabr ayında açıqlanacaq.
Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildə təsis olunub. Hər il təşkilat tərəfindən 1 şəhər Avropa Gənclər Paytaxtı seçilir və 1 il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə şəhəri 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilib. ARGTMŞ Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak etmiş, Avropa səviyyəsində bu prosesi dəstəkləmiş və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB