Hər bir valideyn öz övladı ilə fəxr edir. Övlad üzü ağardanda, ailəsinə, ata-anasına, el-obasına layiq yetişəndə onunla fəxr edənlərin sayı da artır. Vətəninə layiq vətəndaş kimi yetişən oğulu nəyinki öz vətənində, o cümlədən Vətəndən çox uzaqlarda sevirlər, ona hörmətlə yanaşırlar, onun timsalında ölkəsinə hörmətlə yanaşırlar.
Bir valideyn, bir ata tanıyıram - üç oğul atası. Mülayim, səmimi, hər kəslə öz yaxını, doğması kimi bütün qəlbi ilə danışan bir insan. Məmməd Əliyev sadaladığım keyfiyyətləri özündə cəm edən bir atadır, valideyndir, dövlət qulluqçusudur. Oğullarının üçü də Rusiyanın paytaxtı Moskva şəhərində tanınmış təhsil ocağında təhsil alıblar. Daha doğrusu böyük oğlu Heydər Moskvada Rusiya Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsini və magistraturasını qırmızı diplomla bitirib. İkinci oğlu Cavanşir Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Hüquq və Avropa Birliyi hüququ ixtisası qzrə magistraturanı əlaçı diplomla bitirib, həmin ixtisas üzrə MGİMO-da aspiranturanın ikinci kursunda təhsilini davam etdirir. Üçüncü oğlu Ağalar Əliyev isə Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq Hüquq fakultəsinin üzikinci kurs tələbəsidir.

İndiyədək Məmməd müəllim haqqında qəzet və jurnallarda, televiziyalarda, qəzetlərdə, ayrı-ayrı media vasitələrində çoxlu məqalələr dərc edilib. Onun dövlətçilik ənənələrinə sadiqlik nümunəsi çoxları tərəfindən təqdir edilir. Maraqlı fikirləri ilə həmsöhbətini özünə bir az da yaxınlaşdıran Məmməd müəllim bu dəfə böyük oğlu Heydərdən danışdı.

- Atalar həmişə istərlər ki, övladları ilə fəxr etsinlər. Övlad ümidləri doğruldanda isə deməyə söz çox olur. Böyük oğlum Heydərlə bağlı maraqlı bir hadisəni sizinlə bölüşmək istəyirəm. Heydər Soçidə istirahətdən Rusiyanın paytaxtına qayıdanda uzun müddət tanıdığı Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə görüşüb, həmsöhbət olub. V.Jirinovskinin suallarını mükəmməl cavablandıran oğlum Heydər onun diqqətini cəlb edib. Bir daha onun adını, soyadını soruşub. Cavabında Heydər Əliyev, deyə oğlum cavab verib. Jirinovskinin Heydərin daşıdığı adla bağlı sualına oğlum Ulu Öndər Heydər Əliyevin adını daşıdığını söyləyib. Oğlum Heydərin mükəmməl cavablarından heyrətini gizləyə bilməyən Vladimir Jirinovski onunla gəzintiyə çıxıb, sonda xatirə şəkili çəkdirib. Sonda bildirib ki, bu adı həmişə uca tut, çünki adını daşıdığın HEYDƏR ƏLİYEV böyük insan, dahi siyasətçi, əvəzolunmaz Lider olub. Onun adı hələ uzun illər yaddaşlarda qalacaq.
.jpg)

.jpg)































.jpg)























































Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB