Qrant Markosyan: "Serj, Qarabağı sahibinə qaytar"

Qrant Markosyan: "Serj, Qarabağı sahibinə qaytar"

Erməni hərbiçisi Qrant Markosyan "lragir.am" saytına verdiyi açıqlamasında baş verənlərdən gərginlik keçirdiyini bildirərək Ermənistan prezidentinə əmranə şəkildə sözünü deyib: "Serj, Qarabağ Azərbaycanın torpağıdır. Ora nə bizim, nə də sənin deyil. Biz başqasının torpağına görə ölmək istəmirik. Bu torpaqları sahibinə - Azərbaycana qaytar. Çünki ora heç vaxt bizim olmayıb".

Qrant Markosyan, həmçinin Ermənistanda gənclərin Qarabağda döyüşmək istəmədiklərini də söyləyib: "Gənclər başqasının torpağına görə ölmək istəmirlər və hərbi xidmətdə olanların əksəriyyəti könüllü sürətdə Azərbaycan tərəfinə keçirlər. Onlar Azərbaycana keçərək, üçüncü ölkəyə getmək imkanından istifadə edirlər. Erməni ordusunda belə bir deyim var: "Dağlıq Qarabağ Azərbaycanın torpağıdır". Onlar öz canları bahasına bu torpaq uğrunda döyüşmək istəmirlər".

ÜLVİ

Bütün xəbərlər Facebook səhifəmizdə