Gənclər Fondu gənclər təşkilatlarına çağırış etdi

Gənclər Fondu gənclər təşkilatlarına çağırış etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarını 9-cu qrant müsabiqəsinə qatılmaq üçün "A" və "B" kateqoriyaları üzrə layihələrini təqdim etməyə çağırır.

Fonddan SİA-ya bildiriblər ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləməkdir.

Qrant müsabiqəsində iştirakla bağlı ətraflı məlumatı Fondun saytından

(http://youthfoundation.az) əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə