Olimpiya Oyunlarına etiraz edən 35 braziliyalı həbs olunub

Olimpiya Oyunlarına etiraz edən 35 braziliyalı həbs olunub

Rio-2016-nı qəbul edən Braziliyada növbəti xoşagəlməz hadisə yaşanıb. Olimpiya Oyunlarının keçirilməsinə etiraz edən 35 nəfər həbs olunub. Buna onların etiraz aksiyası təşkil etməsi səbəb olub. San-Pauluda bir araya gələn yüzlərlə braziliyalı iqtisadi böhran dövründə Olimpiadanın ölkələrində keçirilməsinə narazılıqlarını bildirib. Narazıların şəhərin mərkəzinə doğru irəliləməsinin qarşısını almaq üçün gözyaşardlcı qazdan da istifadə edən polislər fəallardan 35-ni saxlayıb.

Qeyd edək ki, oxşar etiraz aksiyası yarışların açılış mərasiminə ev sahibliyi edən "Marakana" stadionunu yaxınlığında da yaşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə