Agentlik 700-dən artıq sorğunu cavablandırıb

Agentlik 700-dən artıq sorğunu cavablandırıb

Bu ilin 6 ayı ərzində Müəllif Hüquqları Agentliyində ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" tərəfindən aidiyyəti dövlət qurumlarının və məhkəmə orqanlarının sorğuları əsasında 20 ekspert rəyi hazırlanıb. Agentlikdən SİA-ya verilən məlumata görə, müəllif-hüquq məsələləri ilə bağlı sorğuları operativ şəkildə cavablandırmaq və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərmək məqsədilə fəaliyyət göstərən 960 nömrəli "Qaynar xətt" vasitəsilə ilin birinci yarımili ərzində 700-dən artıq müəllifin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin müraciət və sorğuları operativ şəkildə cavablandırılıb.

Qeyd edək ki, bu ilin birinci yarısında ötən illə müqayisədə 100 müraciət daha çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə