Sosial mənzillərin tikintisinə başlanacaq

Rauf Əliyev, Milli Məclisin “Əmək və Sosial komitəsi”nin sədr müavini
Sosial mənzillərin tikintisinə başlanacaq

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliyi tələblərinə cavab verən çoxmərtəbəli binaların tikintisini təmin etmək, şəhərsalma və tikinti sahəsində və dövlət idaretməsini təkminləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 11 aprel 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Agentlik Azərbaycan Respublikasında çoxmərtəbəli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən Azərbaycan Respublikasında aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil edən mərkəzi İcra Hakimyyəti orqanıdır.

Azərbaycanda sosial mənzillər 1960-1980-ci illərdə tikilib. Müasir dövrdən bu günə qədər mənzil tikintisi və mənzil idarəçiliyi ilə məşğul olan vahid dövlət quqrumu yoxidi. Dövlət başçısının fərmanı əsasında yaradılan bu qurumun inşa edəcəyi mənzillər aztəminatlı ailələrə uzun müddətli kreditlə və aşağı qiymətlərlə satılacaq. Belə mənzillərin tikilməsi aztəminatlı ailələrin mənzil probemlərin həllinə ən mühüm sosial layihədir.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cari ilin dərin iqtisadi islahtlar ili kimi tarixdə qalacağını söyləyən Prezident İlham Əliyev bildimişdir ki, dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biri İnfrostruktur layihələrinin – həm sosial İnfrostruktur, həmdə digər İnfrostruktur layihələrinin həyata keçrilməsi olub və bunun üçün çox böyük vəsaitlər ayrılıb. Ölkədə həyata keçirlinə sosial İnfrostruktur layihələrindən biri də sosial mənzillərin inşaasıdır. Dövlət başçısı bu məsələyə toxunaraq demişdir: "Sosial mənzillərin inşaasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi- MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialların istehsalı sektoruna və beləliklə sənaye potensialına çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümüd edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq".

Bu layihəyə əsasən maddi imkanları aşağı olan aztəminatlı ailələrin mənzil problemlərinin həlli üçün Respublikamızın bütün şəhərlərində, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların sosial mənzillərə sahib olmaq qaydaları müəyyənləşdiriləcək və Azərbaycanda həyata keçrilməsi nəzərdə tutulan bu möhtəşəm sosial layihə uğurla həyata keçriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə