“Erkən nikahlara –yox!” sosial çarxı təqdim edildi

“Erkən nikahlara –yox!” sosial çarxı təqdim edildi

Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Erkən nikahlara-yox!" mövzusunda layihə çərçivəsində, Quba, Salyan, Lənkəran və Lerik rayonlarında növbəti maarifləndirici tədbirlər uğurla həyata keçirilib. Layihə çərçivəsində, may–avqust aylarında rayonlarda valideyn-analarla ictimai dinləmələr, növbəti gün isə ekspertlər tərəfindən yeniyetmə qızlarla interaktiv üsullarla təlimlər keçirilib və iştirakçılarla ətraflı müzakirələr aparılıb. Ümumilikdə Quba, Salyan, Lənkəran və Lerik rayonlarında silsiləli maarifləndirici tədbirlər keçirilib.

"Erkən nikahlara –yox!" layihəsi çərçivəsində hazırlanmış maarifləndirici sosial çarx ictimaiyyətə təqdim edilir.

https://www.youtube.com/watch?v=rkYT_wCtr34

Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonlarda 11-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə