Din xadimi: "Dindən sui- istifadə etmək haram və günahdır" MÖVQE

Din xadimi: "Dindən sui- istifadə etmək haram və günahdır" MÖVQE

"Hər bir vətəndaşın borcu dövlətinə sadiq olub onun mənafeyini qorumaqdan ibarətdir. Peyğəmbər (S.Ə.S) hədisində buyurur ki, "başınızdakına itaət tapşırığımdır". Bunu SİA-ya açıqlamasında Din xadimi Hacı Nemət Lətifov deyib.

Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadə kimiləri müəyyən qüvvələr tərəfindən Azərbaycanda qarışıqlıq məqsədilə yetişdirilib: "Cəmiyyətimizin din aclığından istifadə edən həmin qüvvələr məhz bu yoldan istifadə etməklə öz çirkin əməllərini həyata keçirmək istəyirlər. Onlar bilir ki, cəmiyyəti başqa yolla ələ almaq mümkün deyil. Həmin şəxslər onları himayə edən qüvvələrə arxalanaraq bu cür addımlar atmağa cəhd edirlər. Onlar Azərbaycan vətəndaşı olmağa layiq deyillər. Çünki, Azərbaycanda yaşayan hər bir kəs öz dövlətini sevməlidir. Ölkəmizdə tolerant mühit var, burada müxtəlif dinə sitayiş edənlər azad, mehribançılıq şəraitində yaşayır. Bunları qəbul etməyən kənar qüvvələr dindən istifadə edərək, vətəndaşları qarşı-qarşıya qoyaraq müəyyən güc sahibi olmağa çalışırlar. Bu, şəriət baxımından da haram və günahdır".

Bütün xəbərlər Facebook səhifəmizdə