Lənkəran şəhərində səhər saat 06:25-də bazarda baş verən yanğın söndürülüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə bazarın yaxınlığındakı çayxanalardan birində baş verib. Maye qaz balonunun partlaması nəticəsində bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub.Yanğın saat 07:05-də söndürülüb.




USD
EUR
GBP
RUB