"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. SİA_nın SOCAr-ın saytına istinadən verdiyi xəbərə görə, görülən işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 216 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, həmin binalarda ümumilikdə 7401 ailə yaşayır.
"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB