ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub

ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt"inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ilə əlaqədar 2016-cı ilin 6 ayı ərzində 1980 şikayət daxil olub. ETSN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Qaynar xətt"ə daxil olan şikayətlərdən 1841-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Şikayətlər əsasən, ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub: "Altı ayda Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 740 şikayət, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 862 şikayətdən 759-u, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 174 şikayətdən 165-i, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 43 şikayət, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 114 şikayətdən 95-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 19 şikayətdən 18-i, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 1 şikayət, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 9 şikayətdən 6-sı, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 16 şikayətdən 12-si, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 2 şikayət üzrə araşdırma başa çatıb və qanuna müvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə