“Ailələr sosial təzyiqə davam gətirə bilmir”

“Ailələr sosial təzyiqə davam gətirə bilmir”

Əli Zülfüqaroğlu: "Gənclər bir-birini sevirlər, amma işsizlik, maddi imkansızlıq bu ailələrin davam etməsinə mane olur"

Qloballaşma şəraitində ailə institutunun sürətlə dağılması cəmiyyəti narahat edir. Ailədaxili münaqişələrin, boşanmaların artması ilə bağlı rəqəmlər ciddi düşünməyə vadar edir. Ailə modelini sıradan çıxaran amilləri axtarıb tapmaq, onları aradan qaldırmaq günün vacib məsələsinə çevrilib. Azərbaycan xalqının minillər ərzində yaşatdığı ailə dəyərlərini qoruyub saxlamaq üçün hansı addımları atmalıyıq? Müsahibimiz araşdırmaçı jurnalist Əli Zülfüqaroğludur.

- Əli müəllim, son illərdə ölkəmizdə boşanma halları ciddi şəkildə artıb. Statistik məlumatlar göstərir ki, müxtəlif amillərlə yanaşı, internetin, sosial şəbəkələrin də boşanmalarda rolu az deyil. Ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu nə qədərdir?

-Boşanmaların artmasına müxtəlif faktorlar təsir edir. Bunlardan ilk yeri sosial problemlər tutur. Əksər hallarda görürük ki, həyat şəraiti ağır olan ailələr, uzun zaman bu ağır sosial təzyiqə davam gətirə bilmir. Bu da təbiidir. O qədər ailələr var ki, gənclər bir birini sevirlər, amma işsizlik, maddi imkansızlıq bu ailələrin davam etməsinə mane olur. Xüsusən valideynlər öz övladlarına dəstək vermək əvəzinə, onların ailədaxili problemlərinə yersiz müdaxilə edir və ailələrin dağılmasını sürətləndirirlər.

Sosial şəbəkələrin də burada rolu var. Çünki bizim mental dəyərlər sosial şəbəkənin birdən- birə və sürətlə cəmiyyətin həyatının ayrılmaz hissəsinə çevrilməsinin fəsadlarını aradan qaldırmaq gücündə deyildi. Bu immunitet hələ formalaşmamışdı. Hazırda ölkə əhalisi bu məsələdə iki təbəqəyə bölünüb. Bir qism insanlar xanımların, xüsusən evli xanımların sosial şəbəkədə yazışmasını faciə kimi qarşlayır, digər qism isə bunu gerilikçi hal sayaraq məsələyə əks mövqedən normal yanaşır. Təbii, burada fikirlər müxtəlifdir və məsələ mübahisə predmeti olaraq qalır. Razılaşmalıyıq ki, sosial şəbəkədən hər bir şəxs öz düşüncəsinə uyğun istifadə edir. Amma mental dəyərlərin birdən- birə dünyanı hörümçək toru kimi bürüyən bu axına qarşı çökmə prosesi yaşaması arzuolunmaz mənzərə yaradır. Bu faktor nəticəsində yaşanan boşanmalar məhz bu amillə bağlıdır. Fikrimcə xüsusən evli xanımlar bu məsələdə daha diqqətli olmalıdırlar. Əgər onun həyat yoldaşı sosial şəbəkədən istifadəsini istəmirsə bununla razılaşmalıdır. Daha bundan faciə düzəltmək, ailəni dağıtmaq olmaz. Mən qeyri- səmimiliyi də həmçinin sosial problem sayıram və bu faktorun boşanmalara yol açdığını düşünürəm. Gəlin razılaşaq ki, toplum olaraq səmimi təsir bağışlamırıq. Məsələn, hamı nədənsə özü kimi olmur, yaxud olmaq istəmir və ya ola bilmir. Qabırğa kababını çəngəl bıçaqla yeyərək özünə zülm edən başqa xalqların olmasına inanmıram. Bu mədəniyyət nümunəsi bizə Avropadan gəlib. Avropalılar ət yeməklərinə az üstünlük verirlər və bu səbəbdən də çəngəl bıçaqla demək olar ki, bütün yemək növlərini yeməkdə çətinlik çəkmirlər. Digər tərəfdən isə onlarda kompleks yoxdur, yəni kimə necə rahatdısa elə də yemək yeyə bilər. Onların kiminsə xoşuna gəlib gəlməmək naminə qabırğa kababını çəngəl bıçaqla yeyəcəyinə inanmıram. Bu nəyi göstərir? Bizim bir millət olaraq qeyri- səmimiliymizi. Məsələn, bir 10-15 nəfərlə səfərə çıxaq və hamı bir- birini yeni tanısın. Nəyi müşahidə edəcəksiniz? Əksəriyyət özünü hamıdan ağıllı göstərməyə çalışacaq. Sanki hərəkətləri ilə "mən hamıdan üstünəm" demək istəyənlər çox olacaq, özü kimi olan az insana rast gəlinəcək. Məsələn, bir bəyin bir xanımdan xoşu gəlirsə onun rəğbətini qazanma üçün hamıdan ağıllı, hamıdan imkanlı, hamıdan centlmen, hamıdan savadlı, güclü, cəsur və.s kimi görünməyə çalışacaq. Eyni proses xanımlara da aiddir. Hansısa bəyin xoşuna gəlmək üçün hamıdan gözəl, hamıdan ağıllı, imkanlı, müasir və.s kimi görünməyə çalışacaq. Əksəriyyətmiz məhz belədir. Belə olduqda da bir-birini sevdiyini düşünən gənclər daha anlamır ki, onlar əslində yaratdığı obrazları sevirlər. Ailə qurulur, bir neçə ay keçir və insanların əsl siması üzə çıxmağa başlayır. Xanım görür ki, onun centlmen kimi bəyəndiyi oğlan kobudun , tərbiyəsizin biriymiş ki. Yaxud oğlan görür ki, hamıdan ağıllı kimi "sevdiyi" xanım ifritənin biriymiş və.s. Nəticədə münaqişələr, başlayır və istər bəy, istərsə də xanım yaratdıqları obrazlar zirvədən gəlib düşürlər dərənin dibinə. Bundan sionra obrazlar dağılır, sevgi" yoxa çıxır və nəticədə birlkdə yaşamaq mümkünsüz olur...

-Necə hesab edirsiniz, sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı addımlar atılmalıdır?

-Sağlam ailə modeli bütövlüksdə cəmiyyətə bağlı olan məsələdir. Bütövlükdə cəmiyyətin proseslərə yanaşma tərzi adekvat olmalıdır. Əks təqdirdə bunun qorunub saxlanmaıs qeyri mümkün olacaq.

-Sağlam ailə modelinin qorunub saxlanmasında məktəbin rolu nə qədərdir?

-Təbii ki, məktəb də cəmiyyətin bir hissəsdiir. Hesab edirəm ki, təhsilin normal olması sağlam ailə modelinin qorunub saxlanmasına təsir edən amillər sırasındadır...

-Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?

-Fikrimcə, uşaqlar, birmənalı olaraq sosial şəbəkələrdən uzaq tutulmalıdır. Valideynlər yetkinlik yaşına çatmayana qədər övladlarının həyat tərzlərinə nəzarət etməli, onlarən təhsilinə ciddi fikir verməli və sosial şəbəkədən hanası formada istifadə etdiyi ilə maraqlanmalıdırlar...

-Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?

-Erkən nikahlar da əksər hallarda uğursuzluqla nəticələnir. Formalaşmamış, ailənin nə olduğunu belə bilməyən, dünya görüşü tam olmayan qızların ərə evrilməsi bu gün cəmiyyətimizin faciəsidir. Hazırda xüsusən bölgələrdə bu hallar var və buna da birmənalı olaraq valideynlər şərait yaradır. Hesab edirəm ki, bu problemin həllində maarifləndirmə işi çox önəmlidir və davamlı olaraq aparılmalıdır.

-Bir sıra ölkələrdə orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərclərin keçirilir. Sizcə, bu təcrübədən ölkəmizdəd də istifadə etmək olarmı?

-Buna münasibətim müsbətdir. Bu gün internet üzərindən müsbət və mənfi formada bütün iştər aparılır. İsttər qlobal istər bölgəsəl, istərsə də müxtəlif maraqlar fonunda. Burada cəmiyyətlərin idarə olunması, hansısa qlobal layihələrə mane olan adət ənənələrin sıradan çıxarılması, təxribatlar, hansısa biznes maraqları və.s kimi məsələləri aid etmək olar. Eyni zamanda müsbət fəaliyyətlər də var. Dünyada ixtisaslaşmış mərkəzlər, güclər var ki, ağlagəlməz formalardan, üsullardan istifadə edərək öz maraqlarına xidmət edən layihələri reallaşdırmaq istəyirlər. Ona görə də çox diqqətli olmalıyıq. Fərdlər olaraq cəmiyyəti təşkil ediriksə, bu mövzunun aktuallğını unutmaq olmaz.

- Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?

-Cəmiyyətin, xüsusən hər hansı bir məqsədlər üçün şərq cəmiyyətlərinin hansəsa güclərin istədiyi formada idarə olunması üçün əsasən Qərb tərəfindən tətbiq edilən müxtəlif metodlar var. Eyni zamanda şərq ailə modelinin getdikcə sıradan çıxaılması prosesi də müşahidə olunur. Bu axın şərq xalqları üzərində tətbiq olunur. Avropaya inteqrasiya və. s adı altında yanlış istiqamətə meyllənmək kimi təhlükəli tendensiya var. Bütün bunlarla bağlı ciddi araşdırmaların aparılmasına və xüsusən medianın cəmiyyəti düzgün istiqamətləndirməsinə ehtiyac var...Minillər ərzində formalaşan dəyərlərin 20-30 il ərzində harasa interqaisya etməsi qeydi mümkündür və heç buna ehtiyac da yoxdur. Bu əsasən inteqrasiya adı altında dəyərlərin sıradan çıxarılması deməkdir. Əgər bu günümülə uzlaşmayan hallar, detallar varsa onu cəmiyyət olaraq özümüz müəyyənləşdirməliyik...

Aydın

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində dərc olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə