Yunanıstanın ən böyük limanından qaçqınlar köçürülüb

Yunanıstanın ən böyük limanından qaçqınlar köçürülüb

Yunanıstanın ən böyük Pireyin limanı ərazisində antisanitariya şəraitində yaşayan qaçqınlar digər məntəqələrə köçürülüb. Yunanıstan hökuməti bir neçə ay ərzində qaçqınları digər məntəqələrə köçürmək istəməsinə baxmayaraq, buna nail ola bilmirdi. Limanda 6 minə qədər müxtəlif millətli qaçqınlar yaşayırdı və onların aralarında tez-tez münaqişələr baş verirdi. Liman demək olar ki, tam boşaldılıb.

Yunanıstanda ümumiyyətlə 57 min qaçqın qeydiyyatdan keçib. Avropa İttifaqının "Frontex" agentliyinin məlumatına əsasən, keçən il Aİ ölkələrinə 1,8 milyon qaçqın üz tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə