Xeyir-əməl sahibi Məmməd Əliyev

Xeyir-əməl sahibi Məmməd Əliyev

Bu insan haqqında danışmaq istəyəndə, onu olduğu kimi vəs etməkdə sanki söz qarşısında aciz qalıram. Baxmayaraq ki, bir çox kitabların müəllifiyəm.

Onun insanlara münasibəti, qəlbinin ancaq xoş duyğularla vurması, bir oğul kimi, ata kimi, dost kimi zirvədə olması məni və onu tanıyan hər kəsi heyran edir. Onun həyat amalı - bacardığı qədər yaxşılıq etmək! Bu – prokuror, ədliyyə müşaviri, Yazıçılar İttifaqının üzvü Məmməd Əliyevdir.

Bu yaxınlarda onun özü üçün adi, mənim üçün maraq kəsb edən xeyirxah əməllərindən birinin şahidi oldum. Məmməd müəllim öz oğulları ilə dəfələrlə Milli Qəhrəmanımız Mübariz İbrahimovun ata ocağında olmuş, qəhrəmanımızın atasını və anasını ziyarət etmiş, onlara dayaq olmağa çalışmış, qəhrəmanımızın qardaşının toyunda iştirak etmişdir. Atası Ağakərim kişinin Həcc ziyarətinə getməsi üçün onun sənədlərinin hazırlanmasını və bütün yol xərcini təşkil edərək yola salmışdır. Bu vaxta qədər də heç bir yerdə bu barədə söhbət açmamışdır. Bu Məmməd müəllimin etdiyi xeyirxah əməllərindən dünyada bir damladır.

Bax, budur insanlıq, budur səadət. Etdiyi yaxşılıqlardan zövq alan, heç vaxt da dilinə gətirməyən Məmməd müəllimə gözəl, nümunəvi ailəsi ilə, savadlı, tərbiyyəli, ağıllı, ali təhsilli oğulları ilə birlikdə möhkəm cansağlığı, səadət dolu günlər arzu edirəm.

Allah bəd nəzərlərdən qorusun, AMİN!

Nəzakət ƏLƏKBƏRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə