İmişlidə növbəti zəlzələ

Bu gün İmişlidə növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 11:51:01-də İmişli rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1 , dərinliyi 28 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə