Tələbə Gənclər Təşkilatlarının I Regional forumu keçirilib

Tələbə Gənclər Təşkilatlarının I Regional forumu keçirilib

Gəncə şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Tələbə Gənclər Təşkilatlarının I Regional forumu keçirilib. SİA-nın məlumatına görə, forumun açılış nitqi ilə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov rəsmi qonaqları təqdim edərək, layihə haqqında məlumat verdi. Daha sonra forumun rəsmi qonaqları olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclərlə İş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini Elnur Rzayev, Milli Məclisin deputatı Naqif Həmzəyev öz çıxışlarını ediblər.

Daha sonra TGT sədrləri və rəsmi qonaqların iştirakı ilə aşağıdakı 3 panel üzrə müzakirə aparılıb:

- TGT-lərin fəaliyyətinin təkmilləşdirilməsi – problemlər, perspektivlər;

- TGT-lərin vəzifə və öhdəlikləri;

- TGT-lərin gənclər siyasətində rolu.

Sonda panellər üzrə müzakirələr nəticəsində forumun qətnaməsi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə