Qazlar kəsiləcək

Bu gün Bakıətrafı bəzi kəndlərdə qaz verilişində məhdudiyyətlər olacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin ''Nardaran'' və ''Bolqarıstan'' qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Maştağa və Nardaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə